Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah Bakıda 37 dərəcə isti olacaq

Sabah Bakıda 37 dərəcə isti olacaq


Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.

Sona
Xəbəri paylaş