Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Toy karvanında avtoxuliqanlıq edən şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb

Toy karvanında avtoxuliqanlıq edən şəxs barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb


Sosial şəbəkələrdə Sabirabad rayonu ərazisində “VAZ 2107” markalı avtomobilin sürücüsünün toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən görüntülər paylaşılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən qayda pozuntusunu törədən rayonun Qaragüney kənd sakini Vüqar Əhmədzadə müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

Burada onun barəsində inzibati qaydada protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə V.Əhmədzadə sürücülük hüququndan 1 illik məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş