Türkiyə yeni bir təhlükə ilə üz-üzədir.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin Elmi Komitəsinin üzvü, prof. Dr. Alper Şener belə bir açıqlama ilə çıxış edib.
O bildirib ki, Avropa Birliyi ölkələrinin coğrafiyalarında geniş şəkildə görülən 'Aedes Aegypti' adlı invaziv ağcaqanadlar Türkiyə üçün də təhlükə mənbəyinə çevrilə bilər:
"Türkiyədə görülən ağcaqanad növlərindən fərqli olaraq Avropa Birliyi ölkələrinin coğrafiyalarında geniş şəkildə görünməyə başlayan invaziv ağcaqanad növü "Aedes Aegypti"nin Türkiyədə təhlükə yaratmağa başlayır".
İnvaziv ağcaqanadlarla yeni xəstəliklərlə qarşılaşa biləcəklərini qeyd edən Prof. Dr. Alper Şener ağcaqanad dişləməsindən qorunmaq üçün açıq və qapalı yerlərdə ağcaqanadlarla mübarizə aparmaq lazım olduğuna diqqət çəkib.
O, daha əvvəl görmədikləri Çikungunya, Zika, Denge və sarı qızdırma kimi tropik xəstəliklərin yaxın və ya orta müddətli dövrdə ölkədə görünməyə başlayacağını da deyib.
Mehman Mehdiyev