Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan QH-nin beynəlxalq nüfuzunun artmasına, inkişaf etməsinə xidmət edib -ÖZƏL

Azərbaycan QH-nin beynəlxalq nüfuzunun artmasına, inkişaf etməsinə xidmət edib


"Bu günlərdə Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirildi. Artıq üçüncü ildir ki, Hərəkata rərbərlik edən Azərbaycan bu illər ərzində təşkilatın beynəlxalq nüfuzunun ancaq artmasına, inkişaf etməsinə və genişlənməsinə xidmət edib".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup qeyd edir ki, görüşdə çıxış edən cənab Prezident İlham Əliyev təşkilatın təməl prinsipləri barədə bir daha üzv dövlətlərin rəhbər şəxslərini məlumatlandıraraq, ötən dövr ərzində görülmüş işlər və qarşıya qoyulmuş məqsədlər barədə dərin məzmunlu nitq söylədi:

"Xatırladaq ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu".

Anar Əliyev
Xəbəri paylaş