Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan yeni təşəbbüslər irəli sürən ölkədir -ÖZƏL

Azərbaycan yeni təşəbbüslər irəli sürən ölkədir


Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan sonra bütün mərhələlərdə yeni təşəbbüslər irəli sürən ölkədir.

Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Hüsniyyə Xancanova səsləndirib. O bildirib ki, hərəkatın dünyada nüfuzunun artmasında Azərbaycan əhəmiyyətli rol oynayır:

"Azərbaycan etibarlı tərəfdaş olduğundan sıx işbirliyi etdiyi beynəlxalq təşkilatların özlərinin də nüfuzlarının artmasına dərindən töhfə verən ölkədir".

Tarixçi qeyd edib ki, Azərbaycan Prezidenti bütün beynəlxalq platformalarda dünya dövlətlərini beynəlxalq hüququnun aliliyinin əsas götürülməli olduğuna, qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin olduğu bir vaxtda həm də ərazi, enerji, humanitar böhranlarla əlaqədar olaraq həmrəylik və vahid mövqenin birləşdirilməli olduğuna hər zaman böyük diqqət ayırır.

Mehman Mehdiyev
Xəbəri paylaş