Azərbaycan Respublikasının İsrail dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Muxtar Məmmədovun İsrailin Akko Şəhərində yerləşən "İsraildə Azərbaycan Evi"ndə İsraildə yaşayan diaspora üzvüləri ilə görüşü olub.
Newscenter.az a verilən məlumata görə, "İsraildə Azərbaycan Evi"nin məlumatında bildirilir ki‚ səfir Muxtar Məmmədovu Akko şəhərinin meri cənab Şimon Lankri şəxsən qəbul etdi. Görüşdə meriya nümayəndələri ilə birgə mərhum Arye Qutun oglu Aviel Qut və bacısı da iştirak ediblər.
Hörmətli səfir Akko şəhərinin qədim "Atika" qalasında bir necə görüş keçirdikdən sonra, saat 14:30 radələrində Akko şəhərində Dağ Yəhudilərinin mərkəzi olan "İsraildə Azərbaycan Evi"nin qonağı oldu.
Tədbiri giriş sözü ilə açan Akko şəhəri üzrə dag yahudiləri cəmiyyətinin sədri və "İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaeli bütün tədbir iştirakçılarına üç dildə müraciət etdi. Nexemya Şirin Mixaeli Ali qonaq cənab Səfir Muxtar Məmmədovu‚ heyyət üzvlərini və bütün tədbir iştirakçılarını salamlayaraq tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirdi.
Daha sonra Nexemiya Şirin Mixaeli Azərbaycan və İsrail dövlətləri arasındakı əlaqələrin daha möhkəmlənməsinin vacibliyindən və Yəhudi xalqı ilə Azərbaycan xalqının min illiklərə söykənən (2550) qədim tarixi dostluğundan və mehribanlıq şəraitində yaşamasından danışıb.
Nexemiya Şirin əlavə edib ki‚ Azərbaycan xalqı ta qədimdən tolerant ənənələrə və muktikultural dəyərlərə malik ölkədir. Müsəlman ölkəsi olan Azərbaycanda heçbir zaman qeyri millətlərə və qeyri dinlərə qarşı ayrı-seçkilik və fərqli yanaşma müşahidə edilməyib. Burada xüsusən heçbir zaman anti-semitizm olmayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri və Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən bu dəyərlər daha da inkişaf etdirildi. Dahi Şəxsiyyət Heydər Əliyevin yolunu layiqincə davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün millətlərin və müxtəlif inanclı insanların mehribanlıq şəraitində yaşadığı ən nümunəvi ölkələrdəndir. Dahi şəxsiyyət Heydər Əliyev Yəhudilərə hər zaman doğma münasibət göstərmiş və bu gün bu doğmalıq cənab İlham Əliyev tərəfindən də yüksək şəkildə davam etdirilir. Azərbaycan İsrailin ən yaxın dostu və müttəfiqdir. Azərbaycan xalqı ilə Yəhudi xalqının arasında sarsılmaz qardaşlıq münasibətləri vardır. Və bu əlaqələr daha da genişlənəcəkdir. Çünki əsrlər boyu suyunu içdiyimiz və çörəyini yediyimiz xalqına qardaş dediyimiz bu müqəddəs torpaq biz Dag Yəhudiləri üçün də Ana Vətəndir..
Daha sonra çıxış edən Qafqaz Dağ Yəhudilərinin Ümumi İsrail Birliyinin sədri‚ İsraildə Dağ Yəhudilərinin Parlament Lobbisinin Baş direktoru Pavel Elozarov da çıxışında səfir Muxtar Məmmədovu və tədbir iştirakçılarını salamlayaraq belə bir tədbirin təşkil edildiyi üçün "İsraildə Azərbaycan Evi"nin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Həmçinin səfir Muxtar Məmmədova tədbirdə iştirak etdiyi üçün təşəkkür edən Pavel Elizarov Azərbaycan və İsrail dövlətləri arasındakı dərin dostluq və qardaşlıq münasibətlərindən geniş danışdı. Həmçinim hörmətli Pavel Elizarov əlavə etdi ki‚ Azərbaycan İsrailə ən yaxın dost və qardaş olan ölkələrdəndir və Azərbaycan xalqı ilə Yəhudi xalqının dostluğu tam qədimlərə söykənir. Hər iki xalq və və ölkə arasındakı bu səmimi dostluq və qardaşlıqdan dərin məmnunluğunu ifadə edən Pavel Elizarov Azərbaycan və Yəhudi xalqı arasındakı bu səmimi dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənməsi və genişlənməsi istiqamətində daha da səmərəli çalışılmalıdır. İsrail və Azərbaycan hər zaman dost və müttəfiq olacaqlar.
Bu önəmli görüşdə İsraildə yaşayan diaspora üzvləri‚ həmçinin İsrailin bir cox şəhərlərindən‚ o cümlədən Yerusəlimdən yazıçı Sara Raxmani, Rişon le Sion şəhərindən hörmətli yazıçı Frida Yusufova, yazıçı Miryam Xeyli, Akko şəhərindən yazıçı və tərçüməci Şoşana Abramova və başga hörmətli yazıçılar iştirak etdilər.
Həmçinin Or Akiva şəhərində yerləşən "Ümumi İsrail Dağ Yəhudilərinin Sədri Pavel Elizarov, Dağ Yahudilərinin Baş ravvini Yaniv Naftali və həmçinin Tel Əviv‚ Natanya, Kiryat Yam, Kiryat Bialik şəhərlərindən də fəal diaspora və ictimayət nümayəndələri və İsraildə Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmaelov da iştirak edib
Akko şəhərindən də Dağ Yəhudiləri cəmiyyətinin bir çox nüfuzlu Ağsaqqalları, və cəmiyyət nümayəndələrinin iştirakını da cox minnətdarliqla qeyd etmək istərdik.
Görüşdə iştirak edən "İsraildə Azərbaycan Evi"nin iki fəal gənci və fəxri üzvləri Beni Meir-Meirov və Rüfət-Rafael Şaulov öz güclərinə İsrail Ordusunda və Polisində yüksək rütbələrə nail olublar və onlar bu günkü gündə xüsusi bölmənin rəhbərliyində çalışırlar.
Səfir Muxtar Məmmədovla keçirilən bu görüş çox yüksək əhəmiyyətə malikdir. Görüş son dərəcə işgüzar və səmərəli şəkildə keçdi. Hörmətli yazıçılar Ana Vətən Azərbaycana və doğma Azərbaycan xalqına həsr olunmuş şerlər səsləndirdilər. Səmimi və mehribanlıq şəraitində keçirilən görüşdə Sara Raxmaninin səsləndirdiyi şeir isə tədbir iştirakçılarına çox təəsirli və yadda qalan anlar bağışladı.
Ravvin Yaniv Naftali öz çıxışında Azərbaycan xalqına və şəxsən cənab Prezidet İlham Əliyevin adına ivrit dilində dua oxudu.
Tədbirin vaxtının məhdudiyyətlilyinə və görüşün vaxtından da xeyli keçməsinə baxmayaraq‚ bütün tədbir iştirakçıları cənab Səfirlə görüşün davam etməsini dəfələrlə səsləndirdilər.
Səfir Muxtar Məmmədov bütün tədbir iştirakçılarını salamlayaraq‚ öz çıxışında belə bir səmimi və qardaşlıq müstəvisində keçirilən görüş üçün və həmçinin İsrailin müxtəlif yerlərindən tədbirdə iştirak etmək üçün gəldiklərinə görə bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. 30 ildən sonra Azərbaycanın İsraildə Səfirliyinin açılmasından və İsrailə səfir olaraq gəlməsindən böyük məmnunluğunu bildirdi. Azərbaycan və İsrailin etibarlı dost və qardaş ölkə olduğunu bildirən hörmətli Səfir həmçinin "İsraildə Azərbaycan Evi"ndə olmaqdan və hər iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində görülən əməli işlərdən də öz məmnunluğunu ifadə etdi. Həmçinin hər iki ölkə və xalqlararası əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi üçün səylərin daha da artırılmasının vacibliyi bir daha vurğulandı. Sonda hər iki ölkəyə və xalqa xeyir dualar arzulandı. Həmçinin o da xüsusi qeyd edildi ki‚ Azərbaycan və İsrail arasındakı dostluq və qardaşlıq münasibətlərinin və bütün ictimai‚ siyasi‚ iqtisadi‚ hərbi və mədəniyyət sahələrini əhatə edən əlaqələrin daha da möhkəmlənməsi üçün daha da sıx və səmərəli çalışılacaqdır.
Bu mötəbər tədbirin keçirilməsində böyük əməyi olan "İsraildə Azərbaycan Evi"nin əməkdaşları Raya Xudatovaya və Xananiya Danilovaya xüsusi minnətdarlığımızı bildiririk.
Həmçinin tədbirin başlanma vaxtı İsraildə rəsmi iş saatlarına təsadüf etdiyi üçün bir çox qonaqlar‚ o cümlədən Azərbaycan Respublikasının ilk Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantiq Aqarunov və başqaları iştirak edə bilməmişdir.
Anar Əliyev