Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel görüşündən gözləntilər nədir? -ÖZƏL

Brüssel görüşündən gözləntilər nədir?


“Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq növbəti görüşündən də müsbət nəsə gözləməyə dəyməz. Çünki Ermənistan hələ də sülhə hazır deyil”.

Bu fikirlər Newscenter.az-a “Xəbər Mərkəzi” Analitik Qrupundan daxil olub. Bildirilib ki, düşmənin şərti sərhəd boyunca təxribatlara əl atması, mövqelərimizi müntəzəm olaraq atəşə tutması, paralel olaraq bu ölkədə getdikcə artan revanşist meyillər belə qənaət formalaşdırır:

“Ən əsası Rusiya Brüssel və ya Vaşinqton formatında danışıqlarda hər hansı bir müsbət nəticənin əldə olunmasında maraqlı deyil. Ona görə də Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən müsbət bir nəticənin əldə ediləcəyi bir qədər inandırıcı görünmür”

Anar Əliyev
Xəbəri paylaş