Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fəxrəddin Altun CHP-li deputatlardan təzminat alacaq -ÖZƏL

Fəxrəddin Altun CHP-li deputatlardan təzminat alacaq


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun CHP-li millət vəkilləri barəsində qaldırdığı iddiaya baxılıb və onun iddiası təmin edilib.

Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, Altunun şikayəti əsasında CHP millət vəkilləri Bülent Tezcan, Seyit Torun və keçmiş millət vəkili Onursal Adıgüzelin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbərinin hüquqlarını pozduğu müəyyən edilib. Qərara əsasən, CHP-li deputatlar Fəxrəddin Altuna 25 min lirə təzminat ödəyəcək.

Qeyd edək ki, bu barədə məlumatı Fəxrəddin Altunun vəkili Sezgin Tunç sosial media hesabında paylaşıb.

Anar Əliyev
Xəbəri paylaş