Hər il ölkənin ali təhsil müəssisələrini minlərlə gənc bitirir və ali təhsil almaları ilə bağlı diplom əldə edirlər. Ancaq bəzi halarda tələbələrə verilən diplomlar saxta çıxır. Daha dəqiq desək mərkəzləşdirilmiş qaydada deyil, dost-tanışın universitet rektoru ilə əlaqəsi nəticəsində gələcək üçün yaxşı heç nə vəd etməyən şəxslərə də diplom verilir. Belə saxta diplomların mənfi təzahürləri isə ümumilikdə dövlətə zərər vurur. Elə hüquqşünas Əli İbrahimiov da belə düşünr. O deyib ki, hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır:
"Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Sözün qısası, nə sirrdirsə, “saxta diplom”ların sahibləri vəzifələrə irəli çəkilir".
Hüquqşünas daha sonra bunları deyib:
"Sözün düzü, bizim kiminsə vəzifəsində gözümüz yoxdur, əsas məsələ xidmətdə hər kəsə məlum olan vəzifəli şəxslərə məxsus diplomların həqiqi olub-olmamasının müvafiq dövlət orqanları tərəfindən araşdırılması maraqlandırır. Axı, dövlət qurumunda nə qədər saxta diplom olar?
Anar Əliyev