"Bakı-Tehran münasibətlərinin mahiyyəti son dövrlər elə bir səviyyəyə gəlib ki, bu münasibətlər prinsipial fikir ayrılıqları prizmasından çıxaraq, daha qlobal fərqlər yaradıb. İran Azərbaycanla bu gərginliyə getməklə məqsədli addım atıb.
Uzun illər İran bunu planlaşdırıb. İranın normallaşma təklifləri üzgörənlikdən başqa bir şey deyildir".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Tehranın Bakı ilə münasibətləri normallaşdırmaq cəhdlərinə münasibət bildirərkən səsləndirib.
O bildirib ki, Tehranın Bakı ilə münasibətləri normallaşdırmaq istəyini səmimi qarşılamaq sadəlövhlük olardı:
"Bir müsəlman hesab edilən ölkənin açıq şəkildə Ermənistanı dəstəkləməsi başqa fikirlərə yer buraxmır. İran fars rejimi müsəlman dünyasının içərisinə atılmış minadır. Onların əslində müsəlmançılıqla heç bir əlaqəsi yoxdur. Odur ki, İran rejimi Azərbaycan dövlətinin düşməni olub, belə də qalacaq".
Anar Əliyev