Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşçiyə aylıq əmək haqqı necə ödənilməlidir? -ÖZƏL

İşçiyə aylıq əmək haqqı necə ödənilməlidir?


Bir qayda olaraq müəssisə və zavodda işçi ilə işəgötürən arasında əmək haqqının müəyyən olunması və ya onun ödənilməsi zamanı problem yaşanır. Ortaya çıxan problem zamanı isə hər iki tərəf haqlı olduğunu iddia edir. Bəs, görəsən hüquqi baxımdan bu proses necə tənzimlənir?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova Newscenter.az-a bildirib ki, Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, 2 hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda 2 dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda 1 dəfədən az olmayan müddətdə verilməlidir. Onun sözlərinə görə, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər:

"Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. İşçinin əmək kitabçasının müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir".

İnqilab Süleymanov
Xəbəri paylaş