Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Küləkli və yağışlı hava sabah da davam edəcək

Küləkli və yağışlı hava sabah da davam edəcək


Bakıda və Abşeron yarımadasında iyulun 11-də havanın dəyişkən buludlu olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, hava əsasən yağmursuz keçəcək.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Sona
Xəbəri paylaş