Kəskin istilər səbəbindən Küveytdə dəfn mərasimlərinin gecə saatlarında həyata keçirilməsi qərara alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, sözügedən qərar yay ayları üçün keçərli olacaq.
Ölkə mətbuatında dərc olunan xəbərlərə görə, meyitlər iyul və avqust aylarında gecə dəfn oluna bilər. “Ər-Ray” qəzeti yazır ki, qərarın həyata keçirilməsi üçün Vəqflər Nazirliyindən fətva verilib.
Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə cənazə namazlarının şam və gecə namazı arasında qılınacağı bildirilib və bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər də göstəriləcəyi bildirilib.
Anar Əliyev