Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib.
Newscenter.az xəbər verir ki, dəvət Azərbaycan Prezidenti Özbəkistan liderinə zəng edərkən çatdırılıb.
Dəvət minnətdarlıqla qəbul olunub.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sevinc Mehdiyeva