Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəribə, gülünc və paradoksal -ÖZƏL

Qəribə, gülünc və paradoksal


"Ölkəmizdə siyasəti (və siyasi fəaliyyəti) virtual və real meydanlarda hay-küy salmaq kimi dərk edənlərin özlərini “demokratik düşərgə təmsilçiləri” adlandırmalarına rast gəlirik. Qəribə, gülünc və paradoksaldır".

Newscenter-az xəbər verir ki, bu fikirləri YAP-ın sözçüsü Nurlan Qələndərli səsləndirib. O bildirib ki, məgər qanunlara tabe olmayanda - ictimai asayişi pozanda, “söz azadlığı var” deyib antikonstitusion bəyanat səsləndirəndə, zərərli çağırışlar edəndə, təhqiramiz söz söyləyəndə “demokratik” olurlar? Və ya müxalifət necə demokratik ola bilər? O, iqtidar deyil, ölkəni idarə etmir axı".

Nurlan Qələndərli deyib ki, zaman-zaman seçkilərə qatılan, amma sosial dəstəyi olmadığına görə heç bir uğur qazanmayan ən yaxşı halda “məğlub düşərgə”adlandırıla bilər.

Anar Əliyev
Xəbəri paylaş