Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rus rublunun taleyi necə olacaq? -ÖZƏL

Rus rublunun taleyi necə olacaq?


Rusiya rublu sürətlə dəyər itirir. Bu ölkənin milli valyutasının ciddi şəkildə ucuzlaşması öz növbəsində qiymət artımına gətirib çıxarır. Bəs, görəsən yaxın perspektivdə rublun taleyi necə olacaq?

Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb:

"Son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır. Dollara nisbətən rublun məzənnəsi bu gün 92.0 olub. Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur".

Deputat qeyd edir ki, sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir:

"Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır. Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə bir daha qeyd etmək istərdik ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir".

Anar Əliyev
Xəbəri paylaş