Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin sayı artırılmalıdır -ÖZƏL

Təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin sayı artırılmalıdır


"Bu gün təhsil müəssisələrində vətənpərvərlik qədər narkomaniyaya qarşı da sistemli şəkildə maarifləndirici tədbirlər keçirilməlidir. Çünki gənclərimiz faktiki olaraq narkomaniya bəlası ilə üz-üzədirlər".

Bu fikirlər "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, ildən-ilə narkomaniyanın gəncləşməsi, onun orta məktəblərə ayaq açması zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini qaçılmaz edir:

"Hesab edirik ki, dövlət və onun müvafiq qurumları, təhsil müəssisələri və ictimai təşkilatlar bu məsələdə koordinasiyalı şəkildə işləməlidirlər".

Mehman Mehdiyev
Xəbəri paylaş