Hindistanda 15 nəfər xanımı aldadaraq onlarla ailə həyatə quran şəxs saxlanılıb.
Newscenter.az-ın trthaber-ə istinadən bildirir ki, evlilik saytları vasitəsilə tanış olduğu 15 qadınla evlənən və bəzilərinin uşaqları olan 35 yaşlı kişi özünü xanımlara həkim və mühəndis kimi təqdim edib.
Maheş Nayak adlı şəxs əsasən, dul qadınları hədəfə alıb. Nayakın 2014-cü ildən bəri 15 qadınla evləndiyi və onlardan 4-ünün uşaq sahibi olduğu açıqlanıb.
Mehman Mehdiyev