“Dunyada Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınlarının yoxlanılması faktına rast gəlməmişəm. Amma Azərbaycan bu təşkilatın maşınları yoxlayaraq qaçamalçılıq faktlarını videomateriallarla sübut etməsi, BQXK-nın iç üzünü açdı və bu təşkilatın dünyada biabır olması ilə nəticələndi”.
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Azərbaycan dəfələrlə Xankəndində fəaliyyət göstərən BQXK-ya Bakı ofisinə tabe olmağı və Azərbaycan ərazisindən keçməklə xəstələrlə işləməyi təklif edib:
“Deməli məqsədləri yalnız " 7 ay mühasirədə olan 135 kq-lıq erməni xəstələri" daşımaqdan ibarət olmayıb. Şübhəm yoxdur ki, bu BQXK cinayətləri ətraflı araşdırılacaq, qaçaqmalçılıq fəaliyyətinin tarixi, təşkilatçıları, icracıları barədə beynəlxalq ictimaiyyətə geniş məlumat veriləcək”.
Ədalət Verdiyev deyib ki, Azərbaycan sərhədçilərinin fəallığı nəticəsində digər ölkələr də BQXK-nın daha yaxından tanıdı, deməli onlar da yaxın müddətdə bu cinayətkar qurum barədə maraqlı faktlar aşkarlayacaq.
Anar Əliyev