Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Laçın istiqamətində atəşkəsi pozub, Azərbaycan Ordusunun hərbçisi yaralanıb

Ermənistan Laçın istiqamətində atəşkəsi pozub, Azərbaycan Ordusunun hərbçisi yaralanıb



İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

"Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş