Pakistanda silahlı qarşıdurma baş verib. Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Xayber Paxtunxva əyalətində qeydə alınıb.
Belə ki, 2 qəbilə arasında baş verən silahlı qarşıdurmada 9 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb.
Məlumata görə, Xeyber-Paxtunxva əyalətinin Kurram bölgəsində Bohşera və Dandar qəbilələri arasında torpaq mübahisəsi zəminində münaqişə baş verib. İnsan Resursları üzrə Federal nazir Sajid Hüseyn mübahisəni həll etmək üçün bölgəyə gedib.
Mehman Mehdiyev