Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşalı futbolçu üçün "Fənərbaxça" 14 milyon avro sərf edəcək-FOTO -ÖZƏL

Polşalı futbolçu üçün "Fənərbaxça" 14 milyon avro sərf edəcək-FOTO


Türkiyənin "Fənərbağça" futbol klubunun Moskva "Dinamo"sundan heyətinə qatmaq üzrə olduğu polşalı yarımmüdafiəçi Sebastyan Şimyanskinin transfer qiyməti açıqlanıb.

Newscenter.az-ın xəbərinə görə, Rusiyanın “Sport-Express” xəbər portalı bildirir ki, Türkiyə klubu Sebastyan Şimyanskinin transferi üçün Moskvanın "Dinamo"su ilə 14 milyon avroya razılaşıb.

Polşalı yarımmüdafiəçi ilə 4 illik anlaşma əldə edən "Fənərbaxça" polşalı futbolçuya illik 2,5 milyon avro maaş ödəyəcək.

2022-2023-cü il mövsümünü icarə əsasında "Feyenoord"da keçirən 24 yaşlı yarımmüdafiəçi Hollandiya yığmasında 40 oyunda 10 qol vurub, 7 məhsuldar ötürmə edib.

Oruc Niyazov
Xəbəri paylaş