Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çox sayda vakant vəzifələr yaranacaq -ÖZƏL

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çox sayda vakant vəzifələr yaranacaq


Bir neçə gündür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, onun rayon şöbələrində həbslər həyata keçirilir. Təkcə son bir həftə ərzində Xidmətin müxtəlif qurumlarında çalışmış onlarla şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Həbslərə səbəb Xidmətin bir sıra əməkdaşlarının gənclərin hərbi xidmətə yararsız olması barədə saxta sənədlər hazırlamasıdır.

Newscenter.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həyata keçirilən həbslərə diqqət çəkən hərbi ekspert Ədalət Verdiyev deyib ki, belə getsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çox sayda vakant vəzifələr yaranacaq.

Onun sözlərinə görə, Xidmətin rayon şöbələrinin birləsdirilərək regional idarələrin yaranması ilə bərabər müharibələrdə iştirak edərək sağlamlığını itirən zabitlərin vakant vəzifələrə yerləşdirilməsi daha məqsədəuyğundur:

"Bunu allah da, onun yerdəki kasıb bəndələri də, gələcəkdə istisnasız olaraq xidmətdən yayınan qanunsuz olaraq yayına bilməyəcək imkanli çağırışçılar da bəyənər".

Anar Əliyev
Xəbəri paylaş