Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOCAR "Qalatasaray"a sponsorluq edəcək -ÖZƏL

SOCAR "Qalatasaray"a sponsorluq edəcək


Türkiyənin "Qalatasaray" futbol klubu Azərbaycanın enerji nəhəngi SOCAR ilə 3 illik sponsorluq müqaviləsi imzalayıb.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, müqaviləyə əsasən, UEFA təşkilatı çərçivəsində sarı-qırmızılı komandanın bütün Avropa matçlarında geyinəcəyi formanın sinəsində “Qalatasaray” İdman Klubunun enerji sponsoru olan SOCAR da yer alacaq.

Sarı-qırmızılı klubdan verilən açıqlamada da sözügedən müqavilənin imzalandığı təsdiqini tapıb və ilkin mərhələdə müqavilənin 3 il üçün nəzərdə tutulduğu bildirilib.

Oruc Niyazov
Xəbəri paylaş