Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TBMM Sədri Numan Kurtulmuş Azərbaycana səfərə gəlib

TBMM Sədri Numan Kurtulmuş Azərbaycana səfərə gəlib


Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş parlament nümayəndə heyəti ilə Azərbaycana səfər edib.

Bu barədə Newscenter.az Türkiyə mətbuatına istinadən xəbər verir.

N. Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və digər rəsmilər qarşılayıblar.

N.Kurtulmuş sabah Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov habelə digər rəsmilərlə görüşəcək.

TBMM sədri Bakıda TÜRKPA Baş Katibliyini, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Anar TAGIYEV
Xəbəri paylaş