Bu gün Tovuz döyüşlərindən 3 il ötür. Azərbaycan xalqının müasir hərb tarixinin ən qürurlu və şərəfli günlərindən birini də Tovuz döyüşləri təşkil edir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Deputat qeyd edib ki, Tovuz döyüşləri həm də bizi Vətən Müharibəsində qələbəyə aparan, qələbəyə olan inamımızı gücləndirən tarixi günlərdən biridir:
"Bu gündə qəhrəman Vətən oğulları böyük şücaət və qəhrəmanlıq nümayiş etdirərək düşmənin məkrli planını pozdular".
Deputat qeyd edib ki, illər keçəcək Azərbaycan xalqı bu mərd oğulların şücaət və qəhrəmanlığını heç zaman unutmayacaq:
"Allah Vətən torpaqlarının müstəqilliyi və bölünməzliyi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!".
Anar Əliyev