Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 5 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 970 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 668 nəfər müalicə olunaraq sağalıb, hazırda 15 aktiv xəstə var. Bu günə qədər 10 287 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 770, bu günə qədər isə ümumilikdə 7 652 788 test icra olunub.

Ölkədə son sutka ərzində 54 vaksin vurulub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 914 olub.

Sevinc Mehdiyeva
Xəbəri paylaş