Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi növbəti təxribat zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində daha bir erməni hərbçi yaralanıb.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralı hərbçi hospitala yerləşdirilib. Onun durumu orta-ağır qiymətləndirilir.