Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may tarixli tələbini yekdilliklə rədd edib

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may tarixli tələbini yekdilliklə rədd edib


Beynəlxalq Ədalət Məhkəməsinin 11 iyul 2023-cü il tarixində dərc edilmiş 6 iyul 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi, məhkəmə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib.

Bu barədə Newscenter.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Beləliklə, məhkəmənin Qərarı bir daha təsdiq etdi ki, “23 aprel 2023-cü il tarixindən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən hər hansı bir və bütün şəxsi heyəti geri çəkməyi və belə şəxsi heyətin Laçın dəhlizi üzərində və ya Laçın dəhlizi boyu yerləşdirilməsindən çəkinməyi Azərbaycandan tələb edən əlavə müvəqqəti tədbiri daxil etməklə” 22 fevral 2023-cü il tarixli Qərara dəyişiklik etmək barədə Ermənistanın tələbi əsassızdır.

Ermənistanın yalanlarının əksinə, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 22 Fevral Qərarını pozduğunu müəyyən etməyib.

Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək barədə məhkəmənin Qərarına əməl etməyə və Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinə maneə törədən davranışa son qoymağa çağırırıq", - nazirlikdən qeyd olunub.

Anar TAGIYEV
Xəbəri paylaş