Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ilin birinci yarısında əldə edilən nəticələr Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir

Bu ilin birinci yarısında əldə edilən nəticələr Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir


Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası və eləcə də iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsinə xüsusi yer ayırıldı. Bu ilin ilk yarısında qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artması müsbət haldır və bu enerjidən kənar sektorların artıq iqtisadi artımda drayverə çevriliməsindən xəbər verir. Bu həmçinin ÜDM-in strukturunda da qeyri-neft sektorunun payının artması anlamına gəlir.

Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir. 2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsidir. Bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaratdı. Bu büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə ayırmaların artırılmasına imkan yaratdı.

2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 12.0 milyard manata çatacaq. Onun 5.5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20.0 milyard manatdan çox olacaq. Bütün bunlar Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradır. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulması və dövlət başçısı artıq 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etməsi də bir daha təsdiq edir ki, məskunlaşma prosesi gözləniləndən daha tez və intensiv reallaşacaq. Bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 2 min ailənin və ya 10 minə yaxın vətəndaşımızın qayıtması reallaşacaq. Bu isə o deməkdir ki, artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması müşahidə olunur.

Bütövlükdə, bu ilin birinci yarısında əldə edilən nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda, fiskal gəlirlərimizdə artım tendensiyasının davam edəcəyindən və Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir.

Vüqar Bayramov-Milli Məclisin deputatı
Xəbəri paylaş