Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Burada işləyən xarici şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər -ÖZƏL

Burada işləyən xarici şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər


Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə dövlət başçısının çıxışı zamanı diqqət çəkdiyi bir sıra vacib məqamlar geniş təhlil olunmaqdadır. Prezidentin çıxışı zamanı xüsusi diqqət yetirdiyi məsələlərdən biri də ekoloji vəziyyətlə bağlı oldu.

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, ekoloji problemlərin həlli istiqamətində özümüzdən asılı olan məqamlar da var. Onun sözlərinə görə, Cənab Prezident də çıxışında məhz bunu nəzərdə tutaraq bildirdi ki, ölkəmizin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonası elan edilib və bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir:

"Dövlət başçısı Söyüdlü hadisələrinin səbəbləri barədə danışarkən iki mühüm məqama toxundu. Birinci məqam məhz əlaqədar rəsmi qurumlar tərəfindən ekoloji problemlərə vaxtında reaksiya verilməməsi və gərəkən operativ tədbirlərin görülməməsi ilə bağlıdır. Dövlət başçısı bununla bağlı ciddi iradlarını bildirdi və müvafiq qurumlara öz tapşırıqlarını verdi. Bununla yanaşı, Gədəbəydəki qızıl yataqlarını istismar edən xarici investor-şirkət də Cənab Prezidentin tənqidlərindən kənarda qalmadı. O, birmənalı olaraq bildirdi ki, burada işləyən xarici şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Əgər hörmət etməyəcəklərsə, o zaman onların fəaliyyəti burada mümkünsüz olacaq".

Anar Əliyev
Xəbəri paylaş