2023-cü ilin ötən altı ayı ərzində ölkəmiz uğurla inkişaf edib, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib.
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Vilayət İsmayılov cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına dair keçirilən müşavirəni şərh edərkən səsləndirib. O bildirib ki, vergi-gömrük sahələrində aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib:
"Azərbaycan Respublikasının Prezidentİ cənab İlham Əliyev müşavirədəki çıxışında son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, vergi orqanının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumun şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir".
Natiq Orucov