Bir sıra hallarda uşaqlarda müşahidə edilən mənfi hallardan biri də davranış pozuntusu olur. Zamanında özünü büruzə verən xırda çatışmamazlıqlar, davranış qaydasızlığına diqqət yetirilməməsi, nəticədə ciddi şəkildə davranış pozuntusu ilə müşahidə edilir. Bəs, görəsən davranma pozuntularının ilkin əlamətləri hansılardır?
Newscenter.az-ın xəbərinə görə, Yeni Nəslə Psixoloji və Sosial Dəstək İctimai Birliyinin sədri, psixoloq Ülviyyə Murtuzova deyib ki, davranma pozuntusunun əlamətlərinə başqalarının gözünü qorxutmaq, onlar üzərində avtorita yaratmaq kimi hallar aiddir:
"Bu cür insanlar davaları ilk özü başladır. Başqalarının fiziki olaraq yaralanmasına şərait yaradır. Çox vaxt fiziki şiddətə baş vurur. Həmçinin, oğurluğa meyilli olur".
İctimai Birlik sədri deyib ki, belə insanlar heyvanlara da şiddət göstərir, onlarla mərhəmət göstərmədən davranır:
"Cinsi davranişlar sərgiləyərək cinsi istismara meyilli olurlar. İstəyərəkdən başqasının əşyasına zərər vururlar. Ən əsası, yeniyetmə dövründə evdən qaçır və yaxınlarını bunla təhdid edirlər".
Anar Əliyev