Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmiryolçu olmayan daha 53 şəhid ailəsinin üzvü ADY-də işlə təmin olunub

Dəmiryolçu olmayan daha 53 şəhid ailəsinin üzvü ADY-də işlə təmin olunub


ADY korporativ sosial məsuliyyət çərçivəsində sosial cəhətdən həssas qruplardan olan şəxslərin potensialının artırılması və onların əmək bazarında rəqabətə davamlılığının təmin edilməsi üçün müvafiq addımlar atır.

O cümlədən, şəhid dəmiryolçu ailələrinin, həmçinin ailə üzvü şəhid olmuş əməkdaşların sosial problemlərinin həlli, işlə təmin olunması və təhsil sahəsindəki ehtiyaclarının qarşılanması istiqamətində davamlı olaraq işlər görülməkdədir.

Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, bu günlərdə ADY-nin Gəncə şəhərindən olan şəhid əməkdaşı Asif Qocayevin məktəbli övladları Məryəm və Xədicə Qocayevaların tədris ilini uğurla başa vurmaları, həmçinin Uşaq Musiqi Məktəbində təhsillərini davam etdirmələri xüsusi sevinclə qarşılanır. Şəhid və qazi övladlarının yay tətilinin səmərəli keçirilməsi üçün Dəmiryolçuların Nabran qəsəbəsində yerləşən “Lokomotiv’’ İstirahət Mərkəzində onlara lazımi şərait yaradılmışdır.

Qeyd edək ki, ADY əməkdaşlarından I Qarabağ müharibəsində 79, II Qarabağ müharibəsində isə 4 nəfər şəhid olmuşdur. ADY-nin müxtəlif strukturlarında ümumilikdə 792 nəfər Qarabağ müharibəsi iştirakçısı çalışır, bunlardan 526 nəfər I Qarabağ, 266 nəfər isə II Qarabağ müharibəsinin iştirakçılarıdır.

Hazırda ADY tərəfindən Vətən müharibəsi şəhidlərinin azyaşlı övladlarını himayə edən şəxslərə aylıq əsaslarla maddi yardım göstərilir, ali təhsil alan şəhid övladlarına isə təhsillərini başa vuranədək müavinət ödənilir.

Qazi əməkdaşların karyera inkişafı, bilik və səriştələrinin artırılması, yeni peşələrin qazanılması istiqamətində peşəkar mentorların iştirakı ilə vaxtaşırı təlim sessiyaları təşkil olunur.

Xatırladaq ki, dəmiryolçu olmayan daha 53 şəhid ailəsinin üzvü ADY-də işlə təmin olunub.

R.Mehdiyeva
Xəbəri paylaş