Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliyə və Estoniya ilə hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib -ÖZƏL

İtaliyə və Estoniya ilə hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib


Türkiyə müdafiə naziri Yaşar Gülər Litvaya səfəri çərçivəsində italiyalı həmkarı Guido Crosetto ilə görüşüb.

Newscenter.az-ın Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, NATO tərkibində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Yaşar Güler həmçinin, Estoniyanın müdafiə naziri Hanno Pevkur ilə də görüşüb. Görüşdə Ankara ilə Tallin arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, nazir Yaşar Güler Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Zirvəsi görüşündə müşayiət edir.

Mehman Mehdiyev
Xəbəri paylaş