Kuba ABŞ-ın nüvə enerjili sualtı qayığının Quantanamoya daxil olduğunu elan edərək, bu qərarı pisləyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Kuba Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ-ın nüvə sualtı qayığının körfəzdə olması ciddi tənqid olunub:
"Biz bunu rədd edirik, bu, siyasi və strateji məqsədləri bilinməyən ABŞ-ın təxribatçı addımlarından biridir. Kubanın ərazisi 121 ildən artıqdır ki, qeyri-qanuni işğal altındadır”- deyə, Kuba XİN-in bəyanatında vurğulanır.
ABŞ-a etiraz notası verildiyi bildirilən bəyanatda, ABŞ-ın bölgədə 70-dən çox hərbi baza qurduğu və bunun Latın Amerikası və Karib hövzəsi xalqlarının suverenliyinə və maraqlarına təhdid olduğu vurğulanıb.
Mehman Mehdiyev