NATO Zirvə Toplantısının yekunları ilə bağlı mətbuat konfransı keçirən hərbi alyansın Baş katibi Yens Stoltenberq, üzv dövlətlərə Çinlə bağlı xəbərdarlıq edib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Baş katib Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını deyib. Onun sözlərinə görə, bununla da Pekin Şimali Amerika və Avropaya çata biləcək raket arsenalına malik olacaq.
Yens Stoltenberq hərbi alyansa üzv ölkələrin Çin təhlükəsi barədə ciddi düşünməli olduğunu vurğulayıb.
Mehman Mehdiyev