Keçən həftə səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən və bir müddət reanimasiya şöbəsində intubasiya olunan pop ulduzu Madonna müalicəsi tamamlandıqdan sonra evə buraxılıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, məşhur müğənni sosial media hesabında yaşadıqları ilə bağlı paylaşım edib.
Madonna, "Xəstəxanada yuxudan oyananda ağlıma ilk gələn uşaqlarım oldu. İkinci fikrim isə bilet alan hər kəsi məyus etmək istəmədiyim oldu"- deyə, bildirib.
Qeyd edək ki, müğənni 19 milyon izləyicisi olan İnstaqram hesabında bu barədə yazıb.
Sona