Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırmızı Xaç Komitəsinin fəaliyyəti erməni separatizmiə dəstək olub -ÖZƏL

Qırmızı Xaç Komitəsinin fəaliyyəti erməni separatizmiə dəstək olub


Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı qeyri-qanuni fəaliyyəti, ermənilər üçün qaçaqmalçılıqla məşğul olması Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Birmənalı olaraq sözügedən təşkilatın Qarabağdakı qeyri-qanuni fəaliyyətinə son qoyulması tələb olunur. Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Azərbaycan cəmiyyətinin tələbi haqlı tələbdir. Politoloq onu da vurğulayıb ki, Qırmızı Xaç Komitəsinin Qarabağa qanunsuz yük daşımaları ilk deyil:

"Ümumiyyətlə, humanitar missiya xarakterli beynəlxalq təşkilat olan Qırmızı Xaçın fəaliyyəti erməni separatizmiə dəstək olub. Əgər, BQX təşkilatı fəaliyyətində obyektivdirsə, Qarabağda yaşayan ermənilərə humanitar yükü Azərbaycan vasitəsilə daşımalıdır. Laçın yolundan humanitar deyil, hərbi məqsədlər üçün istifadə edən BXQ fəaliyyətinə bu yoldan istifadəyə birdəfəlik son verilməlidir".

Politoloq qeyd edib ki, BXQ birinci Qarabağ münaqişəsində Azərbaycana qarşı qərəzli olub:

"Məhz indiki fəaliyyətində də insanı deyil, siyasi və dini məsələləri üstün tutaraq Ermənistanın maraqlarına xidmət edir. BXQ Bakı bürosu Qarabağda yaşayan ermənilərə humanitar yüklər çatdırsın. Bunun Ermənistan vasitəsilə edilməsi, Azərbaycanın suverenliyinin pozulması və BXQ fəaliyyətinə kölgə salmış olur".

Mehman Mehdiyev
Xəbəri paylaş