Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan 2 milyard dollarlıq iddia -ÖZƏL

Rusiyadan 2 milyard dollarlıq iddia


Rusiyanın aktivlərin idarə edilməsi şirkəti "Pyervaya" dünyanın ən böyük xarici mərkəzi aktivlərin saxlanma şirkəti olan Euroclear Bank-a qarşı 184,8 milyard rubl (2 milyard dollar) dəyərində təzminat iddiası qaldırıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Moskva Arbitraj Məhkəməsinin sənədlərində yer alan məlumata görə, sanksiyalar nəticəsində dondurulmuş aktivlərlə bağlı “Pyervaya” şirkəti Euroclear Bank-a qarşı iddia qaldırıb.

1996-cı ildən Rusiyada Sber Asset Management, sonra isə Pyervaya adı ilə fəaliyyət göstərən şirkətin idarə etdiyi aktivlərin dəyəri 2022-ci ilin sentyabrına 1,44 trilyon rubl təşkil edib.

Euroclear Bank Qərb ölkələrinin sanksiyalarına görə Rusiya dövlətinin və şirkətlərinin aktivlərini dondurub.

Natiq Orucov
Xəbəri paylaş