Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya qarşı sanksiyaları dəstəkləyən Serb nazir vəzifəsindən azad edilib -ÖZƏL

Rusiyaya qarşı sanksiyaları dəstəkləyən Serb nazir vəzifəsindən azad edilib


Serbiyanın iqtisadiyyat naziri Rade Basta vəzifəsindən azad edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, serbiyalı nazir Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsini müdafiə etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Bununla bağlı ölkə parlamentində etimad səsverməsi keçirilib.

Səsvermə baş nazir Ana Brnabiçin təklifi ilə baş tutub. Səsvermədə 149 deputat Bastanın vəzifədən azad edilməsini dəstəkləyib, 45 deputat isə bitərəf qalıb.

Bildirilib ki, Basta dövlətin yürütdüyü siyasətə zidd açıqlamalar verdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş