Ukrayna NATO-ya həmişəkindən daha yaxındır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri hərbi alyansın baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
NATO-nun Litva zirvə görüşü ərəfəsində Ukrayna prezidenti ilə görüşən baş katib keçirilən mətbuat konfransında "Zelenski ilə müttəfiq kimi görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm"-deyə, vurğulayıb.
Baş katib qeyd edib ki, müharibə bitəndən sonra biz Ukraynanın təhlükəsizliyi üçün vacib qaydalar təqdim etməliyik.
Mehman Mehdiyev