Bu gün Tovuz döyüşlərindən 3 il keçir. Tarixi Zəfərə işıq saçan bu döyüşlər də əvvəlki erməni təxribatlarına cavab olaraq həyata keçirilən lokal əməliyyat kimi Azərbaycanın uğuru ilə başa çatdı.
Newscenter.az-ın xəbərinə görə, ictimia-siyasi fəal, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Ramil Mehdili Tovuz döyüşlərinə nəzərə salaraq bildirib ki, 12 iyul tarixində növbəti dezinformasiya yayan Ermənistan hakimiyəti hərbi əməliyyatların gedişini və dünya ictimaiyyətinin diqqətini Qarabağdan yayındırmaq üçün bu dəfəki təxribatı Tovuz rayonunda törətdi:
"Azərbaycan-Ermənistan dövlət sərhəddində təxribat törətməklə 3-cü bir dövləti (dövlətləri) münaqişəyə cəlb etmək istəyən düşmənin bu dəfəki təxribatı da uğursuz oldu. Rəşadətli Azərbaycan ordusu düşmən təxribatına layiqli cavab verərək Ermənistan ordusunu itki verməyə məcbur etdi. 100dən çox hərbiçisini itirən düşmən,maddi-texniki təchizat baxımından da xeyli geri düşdü".
O qeyd edib ki, Tovuz döyüşləri Azərbaycan Respublikasının həm siyasi həm iqtisadi, həm də Hərbi güc baxımından düşməndən qat-qat güclü olduğunu ,Regionda söz sahibinin məhz Azərbaycan Respublikası olduğunu bir daha sübut etmiş oldu:
"Tovuz Döyüşləri zamanı Azərbaycan ordusunun 12 hərbi qulluqçusu Qəhrəmancasına şəhid olmuşdur.Səngər Generalı adlandırılan Polad Həşimovun Şəhid olması xalqda düşmənə olan nifrət hissini daha da artırdı.Vətənimizin gəncləri könüllü şəkildə ordu sıralarına yazılır,30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsi üçün yumruq kimi birləşdi!
27 sentyabrda düşmən bütün cəbhəboyu tərtibata əl atan zaman həm Azərbaycan Silahlı Qüvvələri həm də Azərbaycan xalqı 30 illik ağrı-acının intiqamını almağı özünə borc bildi. 44 gün davam edən Vətən Müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi,Ermənistan hakimiyəti və ordusu rəzil vəziyyətə düşdü.
İstər 30 ilə yaxın işğal dövründə ,istərsə də bu gün Azərbaycan xalqının sakit,əminamanlıq şəraitində yaşamasının səbəbi Azərbaycan ordusunun gecə-gündüz demədən Vətən keşiyində Şərəflə xidmət etməsidir.Bu illər ərzində minlərlə Vətən övladı Şəhid və Qazi olmuşdur.Allah bütün şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin!".
Anar Əliyev