Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə parlamentinin sədri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib

Türkiyə parlamentinin sədri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Newscenter.az xəbər verir ki, TBMM sədri Türkiyə səfirliyinin Bakıdakı nümayəndə heyəti ilə birgə Türk Şəhidliyi abidəsi önünə əkil qoyub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb.

Türkiyə Parlamentinin sədri burada xatirə dəftərini imzalayıb.

Xatırladaq ki, Numan Kurtulmuş TBMM-in sədri vəzifəsinə seçildikdən sonra ilk dəfədir Azərbaycana səfərə gəlib.

TBMM-nin sədri bu gün rəsmi şəxslərlə görüşəcək, həmçinin TÜRKPA katibliyi ziyarət edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş