NATO zirvə görüşündə iştirak etmək üçün Litvada səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, milli müdafiə naziri Gülər və Yunanıstanın müdafiə naziri Dendias arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərdə müsbət tempin saxlanmasının və dialoq kanallarının açıq tutulmasının vacibliyi vurğulanıb.
Bundan əlavə, görüşdə Etimad Tədbirləri Görüşlərinin bərpasına dair razılaşma təsdiq edilib.
Mehman Mehdiyev