Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ müdafiə naziri: "Ukrayna NATO-ya qoşulacaq" -ÖZƏL

ABŞ müdafiə naziri: "Ukrayna NATO-ya qoşulacaq"


ABŞ-ın müdafiə naziri Ukraynanın NATO-ya üzvlüyünə şübhə etmədiyini deyib

Newscenter.az trthaber-ə istinadən bildirir ki, nazir Lloyd Austin Ukraynanın Rusiya ilə müharibədən sonra NATO-ya qoşulacağına ümid etdiyini vurğulayıb.

Ostin həmçinin qeyd edib ki, Ukrayna NATO-ya daxil olmamışdan əvvəl məhkəmə islahatları və demokratiyanın vəziyyəti də daxil olmaqla bir sıra addımlar atmalıdır.

Müharibənin nə vaxt bitəcəyi və ya bitdikdən sonra Ukraynanın NATO-ya üzv olması üçün nə qədər vaxt lazım ola biləcəyi ilə bağlı şərh verməkdən çəkinən Ostin deyib: “İnanıram ki, hamı Ukraynanın alyansda olmasını istəyir”.

Mehman Mehdiyev
Xəbəri paylaş