Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BƏƏ Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün 260 təyyarə yardım göndərib -ÖZƏL

BƏƏ Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün 260 təyyarə yardım göndərib


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Türkiyə və Suriyaya cəmi 260 təyyarə və 4 yük gəmisi ilə 15 min tondan çox humanitar yardım göndərib.

Newscenter.az BƏƏ xəbər agentliyi WAM-yə istinadən bildirir ki, ölkənin Müdafiə Nazirliyinin Birgə Əməliyyat Komandanlığının açıqlamasında belə qeyd edilir.

Açıqlamada bildirilib ki, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın fevralın 7-də Türkiyə və Suriyada baş verən zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə başladılan “Yiğit Süvari 2” əməliyyatı başa çatıb. .

Açıqlamada, yardım əməliyyatında Daxili İşlər və Xarici İşlər Nazirlikləri, Əbu-Dabi Səhiyyə Müdirliyi, BƏƏ Qızıl Aypara, Zayed Humanitar Yardım Fondu və Xəlifə bin Zayed Əl Nəhyan Humanitar Yardım Fondunun iştirak etdiyi vurğulanıb.

Açıqlamada, 5 aydan artıqdır davam edən əməliyyat çərçivəsində onlarla insanın dağıntılar altından xilas edildiyi, 13 min 463 xəstənin müalicə olunduğu, yardımların Türkiyə və Suriyaya çatdırıldığı bildirilib.


Natiq Orucov
Xəbəri paylaş