Türkiyə Prezidentinin Kommunikasiyalar İdarəsinin müdiri Fəxrəddin Altun Qərbə sərt reaksiya sərgiləyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Altun Qərbi 15 iyul çevriliş cəhdinə qarşı susqun və birmənalı olmayan reaksiya nümayiş etdirməkdə qınayıb:
“Türkiyə çevriliş cəhdinə milli dövlətin inteqrasiyası ilə müqavimət göstərərkən, biz də bəzi mərkəzlərin susqunluğu və qeyri-müəyyən bəyanatları ilə üzləşdik”.
Altun xatırladıb ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə Silahlı Qüvvələrinə (TSK) sızmış bir qrup xainin çevriliş cəhdi əziz türk milləti tərəfindən aradan qaldırıldı.
“Millətimiz 15 iyul qəyyumluğuna qalib gəldi"-deyə, Fəxrəddin Altun bildirib.
Mehman Mehdiyev