İranla İtaliya arasında diplomatik kriz meydana gəlib. Buna səbəb ölkədə terror təşkilatı kimi tanınan Xalq Mücahidləri Təşkilatının liderinin İtalya parlamentində qəbul edilməsidir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu səbəbdən İtaliyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfiri Cüzeppe Perroneyə rəsmi Tehranın etirazları çatdırılıb. Diplomata bildirilib ki, İtaliyanın bir neçə deputatının cinayətkar terrorçuya ev sahibliyi etməsi terroru təbliğ etməyin ən bariz nümunəsidir.
Qeyd edək ki, Xalq Mücahidləri Təşkilatı 1981-ci ildən İran tərəfindən terror təşkilatı elan edilib.
Mehman Mehdiyev