Fransa prezidenti Emmamuel Makronun rəsmi iqamətgahı olan Yelisey sarayına poçt vasitəsilə kəsilmiş barmaq göndərilib.
Newscenter.az "Haber Global"-a itinadən bildirir ki, soyuducuda saxlanılan kəsilmiş barmaq daha sonra polisə təhvil verilib.
Barmağın aid olduğu şəxs müəyyən edilib və ona tibbi yardım göstərilib.
Yelisey Sarayı hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Baş vermiş hadisədən sonra Fransa prezidentinin təhlükəsizliyi bir qədər gücləndirilib.
Mehman Mehdiyev